Qan Turalı, 1984-cü ildə Şirvan şəhərində anadan olub. 1990-cı ildə Şirvan şəhər 10 saylı məktəbin 1-ci sinfinə, 1997-ci ildə isə Bakı Özəl İqtisadiyyat litseyinə daxil olub. Litseyi 2001-ci ildə bitirib. Həmin il, 2001-ci ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını 2005-ci ildə bitirdikdən sonra Sosial Fəlsəfə üzrə magistraturasını 2007-ci ildə bitirmişdir.
2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. “Elektronik sevdalar” adlı şeir kitabı 2006-cı ildə çap edilib. İlk irihəcmli nəsr əsəri “Çiyələkli gecənin pornoqrafiyası” adlı uzun hekayəsi “Alatoran” jurnalının 13-cü nömrəsində çap edilib. 2011-ci ildə “Mustafa” romanı, 2012-ci ildə “Polis qorxusuyla öpüşmək” adlı esselər toplusu çap edilib.
Mustafa romanı 2011-ci ildə “Əli və Nino” kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.
“Ədalət”, “525-ci qəzet”, “Reytinq” qəzetində çalışıb. Abzas.net adlı internet jurnalının qurucusu və redaktoru olub. 2006 – 2011 “Azadlıq” qəzetinin köşə yazarı kimi çalışıb. 2011-ci ildən Kulis.Az internet jurnalının baş redaktorudur.
Kitabları:
“Elektronik sevdalar” 2006-cı il
“Mustafa” 2011-ci il, 154 səh.
“Polis qorxusuyla öpüşmək”, 2012-ci il